Xorvatiyada Miq-21 qırıcısı qəzaya uğrayıb

OXUNUB: 279 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Xorvatiyanın şimalındakı Viroviticko-Podravska bölgəsi yaxınlığında təlim uçuşu həyata keçirən Miq-21 tipli döyüş təyyarəsinin meşəlik əraziyə düşdüyü bildirilib. Xorvatiya Müdafiə Nazirliyindən verilən açıqlamada təyyarədə iki pilotun olduğu, pilotlardan biri ilə əlaqə saxlandığı, ikinci pilot üçün axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib. Açıqlamada sağlamlıq və təhlükəsizlik qruplarının da bölgədə olduğu bildirilib. Qəzanın səbəbi hələlik məlum deyil.

7NEWS.az

RƏYLƏR