XOŞ XƏBƏR! "Bakı Metropoliteni" işini bərpa etdi

OXUNUB: 495 SOSİAL

Ötən gün axşam saatlarından fəaliyyətini dayandıran "Bakı Metropoliteni" işini bərpa edib.

İcmal.Az trend-ə istinadən xəbər verir ki, artıq bu gün gündüz saat 13:00-dan başlayaraq sərnişinlər metrodan istifadə edə biliblər.

 

Xəbəri Milli.Az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov da təsdiq edib: "Bəli, "Bakı Metropoliteni"ndə qatarların hərəkəti artıq bərpa edilib. Sərnişinlər stansiyalara saat 13:10-dan etibarən buraxılır. Bununla bağlı rəsmi məlumat da hazırlanır, bir azdan ictimaiyyətə açıqlanacaq".

İcmal.Az

RƏYLƏR