Yaponiyada sərnişin qatarı relsdən çıxıb

OXUNUB: 146 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, yerli vaxtla səhər saat 10:20 radələrində Katsushika rayonunda Keisei-Takasaqo stansiyası yaxınlığında sərnişin qatarı relsdən çıxıb. Qatar operatoru Keisei Electric Railway şirkəti qəza zamanı 8 vaqonlu qatarın anqara doğru getdiyini, qatarda sərnişinlərin olmaması isə fəlakətin qarşısını aldığını açıqlayıb. Qəzaya görə Çiba əyalətində Keisei-Ueno və İçikavamama stansiyaları arasındakı xəttdə xidmətlər müvəqqəti olaraq dayandırılıb. Keisei-Takasaqo və Şin-Kamaqaya stansiyaları arasında sürətli qatarların hərəkəti də dayandırılıb. Qəzanın dəqiq səbəbləri məlum olmasa da, hadisə ilə bağlı ətraflı araşdırmalara başlanılıb.

7NEWS.az

RƏYLƏR