Yaşamaq üçün savaşan 7 yaşlı Ülvi: “Əsgər olmaq, həmyaşıdlarımla oynamaq istəyirəm” - VİDEO

OXUNUB: 363 Özəl GÜNDƏM

7NEWS.az xəbər verir ki, bu barədə İbrahimxəlilov Ülvi Ayaz oğlunun anası müraciəti zamanı bildirib: "Övladım İbrahimxəlilov Ülvi Ayaz oğlu 10 aylığından Beta Talasemiya xəstəliyindən əziyyət çəkir. Ay ərzində iki dəfə, elə olur ki, üç dəfə qan köçürülür. Köçürülən qanlar daxili orqanları sıradan çıxardır. Bunun üçün İLİK əməliyyatı olunmalıdır. Əməliyyat üçün 170.000 (bir yüz yetmiş min) manat (100.000 (bir yüz min) dollar) lazımdır. Bunun üçün bizim heç cürə imkanımız olmadığına görə, üzümü xeyirxah insanlara utub onlardan yardım gözləyirəm. Əməliyyat qardaş olkənin, Türkiyənin Antalya şəhərində olunması mümkündür. Ülvinin hal-hazırda vəziyyəti çox ağırdır, bədənində olan dəmir orqanlarını sıradan çıxardır, sümüklərində ərimə halları baş verir. Təcili İLİK əməliyyatı olunması üçün xeyirxah insanlardan Ülvinin köməyə ehtiyacı var. Çox xahiş edirəm Ülvini arzularının ürəyində qoymayağın. Gələcəyin əsgəri olmaq istəyir Ülvi.

Qeyd edək ki, Köçürülən qanlar Ülvinin orqanlarında dəmir yığıntısına səbəb olduğu üçün Ülvi bu aparatla hər gün 10 saatlıq yatmaq məcburiyyətindədi. Ülvi hal hazırda bu aparatla yaşıyır, gün ərzində 12 ədəd dərman qəbul edir. Bu gün Ülvinin 7 yaşı tamam oldu.

Videomüraciəti təqdim edirik:

 


 

RƏYLƏR