"YAŞAT" düşərgəsinin 6-cı həftəsi davam edir

OXUNUB: 514 GÜNDƏM Özəl SOSİAL
"YAŞAT” Fondunun və ASAN Könüllüləri Təşkilatının birgə təşkilatçılığı, "PMD Hospitality"nin tərəfdaşlığı ilə həyata keçirilən və Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 3-cü "YAŞAT” düşərgəsinin 6-cı həftəsi davam edir.

Altıncı həftənin 3-cü və 4-cü günlərində psixoloqlarla görüşlər, hovuz saatları, miniqolf turniri və dart yarışları, "Hədəf” liseyi tərəfindən "STEAM" proqramının təqdimatı, eyni zamanda "Booo.az"  tərəfindən komanda quruculuğu oyunları təşkil olunub.

Uşaqların, həmçinin Azərbaycan Respublikasının müdafiə sənayesi naziri,  Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyev ilə görüşü baş tutub. Nazir iştirakçılara Ulu öndər Heydər Əliyev ilə görüşlərindən və xoş xatirələrindən danışıb, idarəçilik və rəhbərlik təcrübələrini bölüşüb. 

Mədət Quliyev uşaqlarla birgə nahar edib.


ASAN Radionun təşkilati dəstəyi ilə tanınmış estrada müğənniləri Kazımcanın və Ayaz Babayevin konsert proqramları da təşkil olunub. 

Düşərgə iştirakçılarından Zəhra Ağazadənin doğum günü qeyd olunub.



Tərəfdaşlar: "PMD Hospitality’’ şirkəti, 
 "Shamakhi Palace Sharadil” Hoteli;

Baş sponsor: Bakcell;

Sponsorlar: "Nar", "PAŞA Bank” ASC, "BRAVO” supermarketlər şəbəkəsi;

Media dəstəkçiləri: Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya (İTV), ASAN Radio
 





 

RƏYLƏR