Yəməndə sel fəlakəti: 5 NƏFƏR ÖLÜB

OXUNUB: 364 Özəl DÜNYA
Yəmənin Əl Cavf şəhərində leysan yağışlar səbəbindən baş verən sel fəlakətində 5 nəfər həyatını itirib.

7NEWS.az xəbər verir ki, Yəmənin şimalında yerləşən Əl-Cavf şəhərində təsirli olan leysan yağışları daşqınlara səbəb olub. Səlahiyyətlilər sel nəticəsində 5 nəfərin öldüyünü açıqlayıb. Daşqın nəticəsində 288 ailənin məcburi köçkün olduğu bildirilərkən, şəhərdə 126 evin tamamilə dağıldığı, 154 evə ziyan dəydiyi bildirilib. Səlahiyyətlilər sel nəticəsində evləri zərər görən insanların sığınacaq ehtiyaclarının qarşılanması üçün işlərə başlanıldığını və bölgəyə humanitar yardım göndərildiyini açıqlayıb.

7NEWS.az

RƏYLƏR