Yeni Zelandiyada məscidə hücum edən şəxs ömürlük həbs cəzasına məhkum edilib

OXUNUB: 222 Özəl DÜNYA

7NEWS.az xəbər verir ki, 15 mart 2019-cu ildə Yeni Zelandiyanın Kraystçörç şəhərində 2 məscidə hücumda 51 nəfərin ölümünə səbəb olan terrorçu Brenton Tarrant 2020-ci ilin avqustunda bütün ittihamları qəbul edərək ömürlük həbs cəzasına məhkum edilib. Yeni Zelandiya Apellyasiya Məhkəməsindən verilən açıqlamada, 51 müsəlmanı öldürdüyü, 40 nəfəri yaraladığı üçün ömürlük həbs cəzasına məhkum edilən Tarrantın qərara etiraz edərək keçən həftə apellyasiya məhkəməsinə müraciət etdiyi bildirilib. Məhkəmə prosesin tarixini və təfərrüatlarını açıqlamayıb.

7NEWS.az

RƏYLƏR