Yük maşını dəfn karvanına çırpılıb: 19 ÖLÜ, 20 YARALI

OXUNUB: 156 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Yerli vaxtla saat 01:00 radələrində Çinin Tszyansi əyalətinin paytaxtı Nanchang yaxınlığındakı S517 magistralında yük maşını dəfn karvanındakı maşınlara çırpılıb. Yüksək sürətlə gələn yük maşını arxadan vurduğu karvanı yarıb və bəzi vasitələri sürükləyib. İlkin məlumata görə, qəza nəticəsində azı 19 nəfər ölüb, 20 nəfər yaralanıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılarkən, hadisə şahidləri ölən və yaralananların çoxunun dəfn mərasiminə qatılanlar olduğunu bildirib. Polis qəzadan təxminən 1 saat sonra qatı duman səbəbiylə sürücülər üçün görüş məsafəsi xəbərdarlığı edərkən, qəza ilə bağlı araşdırma başladıldı.

7NEWS.az

RƏYLƏR