Yunan Pravoslav Kilsəsinin arxiyepiskopu dünyasını dəyişib

OXUNUB: 341 Özəl DÜNYA
Yunan Pravoslav Kilsəsinin arxiyepiskopu II. Xrizostomosun bu səhər dünyasını dəyişdiyi açıqlanıb.

7NEWS.az xəbər verir ki, Yunan Pravoslav Kilsəsinin arxiyepiskopu II. Xrizostom 81 yaşında öldü. 4 il xərçəng xəstəliyindən müalicə olunduqdan sonra II. Xrizostomosun səhər saat 06.40-da dünyasını dəyişdiyi bildirilib.
II. Xrizostom 2020-ci ildə Ukrayna Kilsəsinin Moskvada Pravoslav Kilsəsindən müstəqilliyini tanıyan dini liderlər arasında idi. Son müsahibələrinin birində ondan xələfi kim olmaq istədiyini soruşublar. Chrysostomos, 'keşişlərin oturub bu məsələni birlikdə həll etmələrini' istədiyini söylədi.

7NEWS.az

RƏYLƏR