Yunanıstan bu qurumlara şikayət etdi: TÜRKİYƏYƏ GÖRƏ

OXUNUB: 273 Özəl DÜNYA
Yunanıstan Türkiyə və prezident Rəcəb Tayyib Ərdoğana qarşı rəsmi olaraq Avropa İttifaqı, BMT və NATO-ya şikayət edib. Mövzu ilə bağlı hər üç quruma məktublar göndərilib. Məktublarda Ankaranın Yunanıstanı təhdid etdiyi iddia edilib.

7NEWS.az xəbər verir ki, Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlunun Türkiyənin Egey problemlərinə münasibətini və mövqeyini izah edən məktublarından sonra Yunanıstan da prezident Rəcəb Tayyib Ərdoğana və Türkiyəyə AB, BMT, NATO-ya şikayət məktubları göndərib. Məktublarda Ərdoğanın açıqlamalarının Yunanıstana və Yunan xalqına qarşı təhqir təşkil etdiyi və açıq təhdidlər olduğu iddia edilib. Yunanıstan-Türkiyə münasibətlərinin son illərin ən pis dövrlərindən birinə şahidlik etdiyi və Yunanıstanın bundan məsul olmadığı iddia edilib.

7NEWS.az

RƏYLƏR