Yunanıstan ələ keçirdiyi İran neft tankerini sərbəst buraxıb

OXUNUB: 237 Özəl DÜNYA
İran ABŞ-ın tələbi ilə daşıdığı neftlə birlikdə Yunanıstanın ələ keçirdiyi tankerini sərbəst buraxdığını açıqlayıb.

7NEWS.az xəbər verir ki, mövzu ilə bağlı İran Xarici İşlər Nazirliyindən yazılı açıqlama verilib. Açıqlamada bildirilib ki, İran və Yunanıstan arasında razılaşmadan sonra İran neftini daşıyan tanker 6 aydan sonra İrana getmək üçün Yunanıstanın ərazi sularını tərk edib. Tehran və Afina arasında əldə olunan razılaşmaya əsasən, mayın 27-də İranın Fars körfəzində ələ keçirdiyi Yunan bayrağı daşıyan iki gəmi Yunanıstanın İran tankerini ələ keçirməsindən sonra eyni vaxtda buraxılıb.

7NEWS.az

RƏYLƏR