Zelenski İranı ittiham etdi: “Biz qarşılıq verməyə hazırlaşırıq”

OXUNUB: 278 Özəl DÜNYA
Tehran administrasiyasını Rusiyaya pilotsuz təyyarələr verməkdə günahlandıran Zelenski "Biz də cavab verməyə hazırlaşırıq” deyib. Ukrayna lideri 4,5 milyon abonentin elektrik enerjisi ilə təmin oluna bilməyəcəyini açıqlayıb.

7NEWS.az xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, infrastrukturun zədələnməsi səbəbindən ölkə üzrə 4,5 milyon abonent elektrik enerjisi ala bilmir. Telegram-da paylaşdığı videomüraciətdə Ukrayna lideri "Hər bir ssenarini ətraflı müzakirə etdik və müvafiq tədbirlər hazırladıq” deyib və İrana qarşı ittihamlarını təkrarlayıb.

Tehran administrasiyasını Rusiyaya pilotsuz uçuş aparatları (PUA) verməkdə günahlandıran Zelenski, "İran silah verməsəydi, indi sülhə daha yaxın olardıq" dedi. Zelenski Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula Von Der Leyen ilə görüşdüyünü və Aİ-nin Ukraynaya makro-maliyyə dəstəyini müzakirə etdiklərini bildirib. Zelenski Leyenlə İrana qarşı ittihamları da müzakirə etdiyini bildirib və "Biz də cavab verməyə hazırlaşırıq” deyib.

7NEWS.az

RƏYLƏR