ABŞ ordusunun kifayət qədər döyüş hazırlığında olmaması Pentaqon rəhbərini dəhşətə gətirdi

OXUNUB: 656 DÜNYA
ABŞ müdafiə naziri Ceyms Mettis ölkənin ordusu barədə açıqlama verib.

Ordunun aşağı səviyyəli döyüş hazırlığı Mettisi şoka salıb.

Verilən məlumata əsasən, Pentaqon rəhbəri Konqresin təmsilçilər palatasının silahlı qüvvələr komitəsindəki dinləmələrdə çıxış edib. ABŞ generalı deyib: "Büdcə sekvestri qədər heç bir düşmən silahlı qüvvələrimizə ziyan vurmayıb".

Mettis Konqresdən ölkədəki artıq hərbi bazaları bağlamağa icazə istəyib. Onun fikrinə görə, bu il ərzində 2 milyard dollar qənaət etməyə imkan verəcək.Bu pula Pentaqon rəhbəri helikopter, qırıcı və atom sualtı qayığı almaq niyyətindədir.

General həm də qeyd edib ki, Şimali Koreya dünya təhlükəsizliyi üçün ən böyük təhlükədir./olke.az
 
İcmal.Az

RƏYLƏR