ABŞ prezidenti güc vasitəsilə sülhə nail olmaq istəyir

OXUNUB: 628 DÜNYA

"Müasir dünyada sülh istəyənlər güclü olmalıdırlar. ABŞ da gücün hesabına sülhü bərqərar etmək istəyir”.

İcmal.Az-ın məlumatına görə, belə bir bəyanatda ABŞ prezidenti Donald Tramp Cənubi Koreyanın parlamentində çıxış edib.

"ABŞ mənim rəhbərliyim altında öz silahlı qüvvələrini yenidən qurur və bütün dünyada ən yeni və ən yaxşı hərbi texnikaya sahib olmaq üçün yüz milyardlarla dollar sərf edir”, - deyə Tramp bildirib.

Onun sözlərinə görə, Şimali Koreya ABŞ-ın əvvəlki təmkinliliyini zəiflik kimi qəbul etməməli idi. 

"Bizim səbrimizi daşırmayın. Biz ümumi təhlükəsizliyimizi, tərəqqimizi və azadlığımızı müdafiə edəcəyik”, - deyə ABŞ prezidenti Şimali Koreyanın rəhbərliyinə müraciət edib.

"Mən güc vasitəsilə sülh əldə etmək istəyirəm”, - deyə Tramp çıxışını yekunlaşdırıb.

İcmal.Az

RƏYLƏR