İCMAL.azxəbər verir ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Atəş nəticəsində1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra həlak olublar. Digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz yaralanıb və mülki obyektlərə zərər yetirilib.
Bu dəqiqələrdə ATƏT PA-nın 26-cı İllik Toplantısında, ATƏT PA-nın vitse-prezidenti, millət vəkili Azay Quliyev çıxış edərək 4 iyul 2017-ci il tarixdə Ermənistan ordusunun atəşi nəticəsində Azərbaycanın mülki vətəndaşları - 2 yaşlı Zəhra Quliyeva və Sahibə Quliyevanın qətlə yetirilməsi ilə bağlı hadisəni sərt şəkildə qınayıb.
Çıxışın tam mətnini gün ərzində saytımızda dərc edəcəyik.