Berdiməhəmmədov rüşvət alan naziri işdən çıxardı

OXUNUB: 640 DÜNYA

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Tikinti və Memarlıq nazirini işdən çıxarıb.

Nazir Çarı Ataev işində ciddi nöqsanlara yol verdiyinə görə vəzifədən uzaqlaşdırılıb. İstefa barədə fərman verən Berdiməhəmmədov "Türkmənistanda rüşvətə heç vaxt yer olmayacaq"-deyib.

Bildirilir ki, nazirin yaxın adamları rüşvət alıb, qanunsuz hərəkətlərə yol verib. Onları buna Ataev sövq edib./qafqazinfo

 

İcmal.Az

RƏYLƏR