"DÇ-2018": Finalı kim şərh edəcək?

OXUNUB: 1236 İDMAN
Bu gün dünya çempionatı sona çatır.
 
İcmal.Az xəbər verir ki, Moskvanın "Lujniki" stadionunda Fransa və Xorvatiya qarşılaşacaqlar. Bu oyunun qalibi dünya kubokunu başı üzərinə qaldıracaq.
 
Saat 19:00-da başlayacaq qarşılaşam "İctimai" televiziya vasitəsiylə canlı yayımlanacaq.
 
Artıq final oyununun şərhçiləri də məlumdu. Tanınmış şərhçilər Gündüz Abbaszadə və Tural Dadaşov möhtəşəm finalı azərbaycanlı azarkeşlər üçün şərh edəcəklər.
 
 
İcmal.Az

RƏYLƏR