Əfqanıstanda nəzarət-buraxılış məntəqəsinə hücum: 5 polis öldü

OXUNUB: 641 DÜNYA

Əfqanıstanın Qəzni əyalətində nəzarət-buraxılış məntəqəsinə hücum edilib.

İcmal.Az-ın Trend-ə istinadən verdiyi məlumata görə, hücum nəticəsində 5 polis əməkdaşı həlak olub, daha 8 nəfər yaralanıb.

Hadisə yerinə cəlb olunan əlavə qüvvələr hücumun qarşısını alıb.

Silahlıların zərərsizləşdirildiyi məlumat verilsə də, onların sayı açıqlanmayıb.

Hücumu "Taliban” qruplaşması həyata keçirib.

İcmal.Az

RƏYLƏR