Əməkdar artist: Qonorarımı verməsə, onu biabır edəcəyəm

OXUNUB: 1077 ŞOU-BİZNES

Əməkdar artist Naibə Allahverdiyevanı aldadıblar.

İcmal.Az xəbər verir ki, Yenicag.az-a açıqlama verən aktrisa seriala çəkildiyini, lakin pulunun verilmədiyini bildirib.

"Səhhətimdə ciddi problemlər yarandı, müalicə olunurdum, buna görə də pula ehtiyacım vardı. Yerli serialların birinə çəkildim, amma pulumu vermədilər. Hər gün zəng edib soruşuram ki, qardaş, pulumu niyə vermirsiniz? Deyir, pul yoxdur. Adama deyərlər, pulun yoxdursa, niyə serial çəkirdin? Tək mən deyiləm, əksər həmkarlarım mənim günümdədir, aldadılaraq seriala çəkilir, amma pulları verilmir. Mən Hollivudda yaşamıram ki, pula pul deməyim, maaşa baxan adamam. Səhərdən axşama qədər kameralar qarşısında əziyyətlə rolumu oynamışam, axırda da belə.

Haramları olsun, insanın əməyini belə mənimsəməzlər. Rusiyada, Türkiyədə bir aktyorun serialdan aldığı qonorarı eşidəndə adam şoka düşür. Həmin pula bir villa almaq olar. Amma biz aktyorlar qəpik-quruşa çəkilirik, onu da aldadıb vermirlər. Söz də deyəndə, and-aman edirlər ki, pulumuz yoxdur. Bizim kimi peşəkar aktyor, aktrisalara çatanda pul tapılmır, amma başqa şeylərə elə tez pul tapırlar ki…”, - deyə o bildirib.

"Ad açıqlasam, acığa düşüb heç qəpik də verməyəcəklər. Gözləyirəm, qonorarımı verməsə, onu biabır edəcəyəm”, - deyə N.Allahverdiyeva sözlərinə əlavə edib.

İcmal.Az

RƏYLƏR