Gəlin evləndikdən 28 gün sonra evi tərk etdi, ərinə bu mesajı göndərdi - FOTO

OXUNUB: 939 DÜNYA
Antalyanın Manavgat vilayətində qəribə olay baş verib.

İcmal.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 42 yaşlı F.C.Karadeniz ailə qurduqdan 28 gün sonra həmyaşıdı Ramazan Karadenizin evini tərk edib, 13-14 min lirəlik qızıl və evdəki bütün əşyaları özüylə aparıb. Boşanmaq üçün məhkəməyə müraciət edən Karadeniz həyat yoldaşının başqa kişi vasitəsilə onu təhdid etdiyini iddia edib və "Evdə su içmək üçün bir stəkan belə qoymayıb" deyib.

Alanyanın Okurcalar Məhəlləsində yerləşən otelin mətbəxində işləyən Ramazan Karadeniz ötən il dostlarının vasitəsilə tanış olub. Bir müddət dostluq edən cütlük may ayında Manavgatda evlənib. 

Gecə saat 01.00 radələrində işdən gələn R.Karadeniz qarşılaşdığı mənzərə qarşısında şok olub: "Həyat yoldaşımla ramızda heç bir problem olmayıb. Elçi getdim, nişan etdik, nikahdan 28 gün sonra evi tərk etdi. Bütün əşyalarla birlikdə 13-14 min lirəlik qızılları da götürüb gedib. Əşyaları yükləyərkən qonşulara "Ərimin xəbəri var, köçəcəyik buradan. Ailəsi də artıq ondan imtina edib. Bizim elə övladımız yoxdur deyirlər. Başqa kişi vasitəsilə "22 il həbsxanada yatmışam. Səni vurub yenə də yataram" deyə mesajlar göndərirlər".

İcmal.Az

RƏYLƏR