İki merə hücum olub, biri ölüb

OXUNUB: 820 DÜNYA

Meksikada iki şəhər meri silahlı hücuma məruz qalıb.

Kolima ştatının baş prokuroru İkstlaukan şəhərinin meri Krispin Quterresin  avtomobilində güllələndiyini bildirib.

Digər hadisə Miçoakan ştatının Kaolkoman şəhərində qeydə alınıb. Hücum nəticəsində Hose Misael Qonsales döş qəfəsində güllə yarası alıb. O, hazırda xəstəxanadadır və vəziyyətinin stabil olduğu bildirilir.

Cinayətkarların yaxalanması üçün əməliyyatlar davam edir./qafqazinfo

 

İcmal.Az

RƏYLƏR