İrəvanda orduya etiraz aksiyası davam edir: Sarkisyan istefa verəcəkmi?

OXUNUB: 540 DÜNYA

İrəvanda tələbələrin etiraz aksiyası davam edir.

Artıq üçüncü gündür davam edən etirazlarda tələbələr ordudan möhlət hüququnun ləğvinə etiraz edirlər.

Son məlumata görə, İrəvanda yağış yağmasına baxmayaraq, aksiya təxirə salınmayıb.

"Elmin inkişafı naminə” təşəbbüs qrupu aksiyaların davam edəcəyini bəyan edib.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi tərəfindən hazırlanan "Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanun layihəsi parlamentdə ilk oxunuşda qəbul edilib. Yeni qanuna görə, aspirantura təhsili almaq istəyən tələbələrə ordudan möhlət hüququ verilməyəcək. Təhsilini davam etmək istəyən tələbəyə yalnız Müdafiə Nazirliyi ilə müqavilə bağlayacağı təqdirdə icazə veriləcək. Lakin həmin şəxs təhsilini başa vurandan sonra 2 yox, 3 il hərbi xidmət keçməlidir.

"Aykakan jamanak” qəzeti dünən yazıb ki, etiraz aksiyaları davam edərsə, müdafiə naziri Viqen Sarkisyanın istefa verməsi gündəmə gələ bilər./publika

İcmal.Az

RƏYLƏR