İraqda İŞİD-üzvlərinin xanımları məhkəmədə dindirildikdən sonra ağır şəkildə cəzalandırılırlar.
İcmal.Az bildirir ki, bu günə qədər 16-sı Türkiyə vətəndaşı olmaqla 40 qadına edam cəzası verilib.
İraqda İŞİD-ə simpatiyası olan və ya döyüşlərdə əllərinə silah alıb vuruşan qadınlar 10 dəqiqə dindirildikdən sonra ölüm hökmü ilə cəzalandırılırlar.
Məhkəmədən çəkilən şəkli "The Guardian" qəzeti yayıb.
İcmal.Az