İsrail Qəzza zolağında HƏMAS-ın mövqelərinə hücum edib.
Bu barədə İsrailin Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.
"Tərəfimizdən Qəzzanı idarə edən və orada baş verənlərə görə cavabdeh olan HƏMAS təşkilatına hücum olub", - deyə məlumatda bildirilir.
Fələstin mənbələrinin məlumatına görə, İsrail Hərbi Hava Qüvvələrinin zərbələri HƏMAS-ın Qəzzanın şimal və cənubunda yerləşən iki mövqeyinə endirilib.
Bundan əvvəl Qəzza zolağından İsrailə raket atıldığı məlumat verilmişdi. Raket açıq sahəyə düşdüyündən xəsarət alan olmamışdı./report