İstanbulda bu gün yenə zəlzələ baş verib. İCMAL.az xəbər verir ki, təkanlar 3,1 bal gücündə olub. Zəlzələ şəhərin Silivri rayonunda qeydə alınıb. Məlumata görə, təkan böyük olmasa da, əhali təşviş keçirib, insanlar evlərini tərk edərək küçələrə çıxıblar. Zəlzələ nəticəsində dağıntı və ya insan tələfatı olmayıb. Qeyd edək ki, sentyabrın 26-da İstanbulda 5,8 bal gücündə zəlzələ olmuşdu. Təbii fəlakət nəticəsində 473 binaya ziyan dəymişdi.
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
Qazaxıstanda hökumət istefa verdi
05.02.2024, 16:20 / Özəl, DÜNYA -
Çində iki uşağı pəncərədən ataraq öldürən cütlük edam edilib
02.02.2024, 18:13 / Özəl, DÜNYA -
Qəzzada ölənlərin sayı 27 mini keçib
01.02.2024, 16:39 / Özəl, DÜNYA -
Pakistanda keçmiş baş nazir İmran Xana 10 il müddətinə həbs verildi
30.01.2024, 14:22 / Özəl, DÜNYA -
Qana bütün Afrika ölkələri üçün vizaları ləğv etməyi planlaşdırır
29.01.2024, 13:08 / Özəl, DÜNYA -
Rusiyada neft emalı zavodunda yanğın baş verib
25.01.2024, 17:02 / Özəl, DÜNYA -
Rusiyada ukraynalı məhbusları daşıyan təyyarə qəzaya uğradı
24.01.2024, 14:27 / Özəl, DÜNYA