Kameraya baxa-baxa pulları götürdü - " Uber" taksisində oğurluq - VİDEO - FOTO

OXUNUB: 854 DÜNYA

Amerikada fəaliyyət göstərən "Uber" taksisində avtomobildən oğurluq anı kameraya düşüb.

Rəfiqələri ilə birlikdə taksiyə minən qadın müştəri taksiyə quraşdırılan kameraya baxa-baxa oturacaqların arasına qoyulmuş pul kisəsindən dollarları götürüb, qaçıb.

Sürcü bunu bir neçə saniyə sonra bilib. O, avtomobildən düşərək oğrunun arxasınca gedib. Sürücü oğruları tuta bilməyib. O, bu barədə şirkətə e-mail göndərib. Şirkətdən sürücüyə bildirilib ki, müştəri ilə əlaqə saxlamağa çalışsalar da, problemi həll edə bilməyiblər. Onlar sürücüyə oğurluq barədə polisə məlumat verməyi tövsiyə ediblər.

Hadisə Nyu-York şəhərində baş verib.

Əynində, sadəcə, ətək və büsqalter olan qadının bu hərəkəti izləyiciləri heyrətləndirib. Video bütün dünyaya yayılıb./milli

 


İcmal.Az


Kameraya baxa-baxa pulları götürdü -

RƏYLƏR