Meksikada cinayətkarlar Prokurorluq əməkdaşlarını oğurlayıb

OXUNUB: 530 DÜNYA

Meksikada "Halisko – Yeni nəsil” narkokartelinin üzvləri Baş Prokurorluğun iki əməkdaşını oğurlayıb.

 Cinayətkarlar sosial şəbəkədə oğurlanmış şəxslərin diz üstə dayanmış şəxslərin üzü maskalılarla videosunu yerləşdiriblər.

Baş Prokurorluq iki əməkdaşının yoxa çıxmasını təsdiqləyib. Rəsmi məlumatda bildirilir ki, onlar Nayarit ştatında, fevralın 5-də, qohumlarının evində dincələrkən yoxa çıxıblar.

Oğurlananlar Baş Prokurorluğun tərkibindəki Kriminal Təhqiqat Agentliyinin əməkdaşlarıdır./oxu

İcmal.Az

RƏYLƏR