Mənsimovun saxlandığı həbsxanada koronavirus tapıldı

OXUNUB: 854 DÜNYA
Silivri həbsxanasında COVİD-19-a test edilən 44 məhbusun 4-də bu xəstəlik aşkarlanıb.

7News.Az cnnturk.com-a istinadən xəbər verir ki, İstanbulun Bakırköy Cümhuriyyət Baş Prokurorluğu Silivri həbsxanasında 44 məhkumda koronavirusun aşkarlanması barədə məlumat yayıb. Açıqlamada test edilən məhkumların ümumi sağlamlıq vəziyyətləri haqqında onların ailələrinə məlumat verildiyi qeyd edilib.

Vurğulamaq lazımdır ki, "Palmali” şirkətinin prezidenti, Azərbaycanlı iş adamı Mübariz Mənsimov uydurma ittihamlarla məhz Silivri həbsxanasında saxlanılır.
 
 
 
7News.Az

RƏYLƏR