Mosula son hücum başladı — İŞİD-ə ölümcül zərbə vurulacaq

OXUNUB: 748 DÜNYA
İraq ordusu Mosula son hücuma başlayıb.


İraq ordusu İŞİD-in nəzarəti altında olan bir neçə kilometrlik sahəni də təmizləmək üçün böyük əməliyyata başlayıb. Əməliyyat bu gün səhər saatlarında başlayıb.

İraq ordusu Ramazan ayı başlamadan əvvəl Mosulu təmizləyəcəyini bildirmişdi. Amma hələ də 4 məhəllə terrorçuların nəzarəti altındadır. Eski Şehir bölgəsində müqavimət göstərən terrorçular on minlərlə mülki vətəndaşdan canlı qalxan kimi istifadə edirlər.

Dünən verilən xəbərə görə yüzlərlə mülki vətəndaş terrorçuların əlindən qaçaraq təhlükəsiz bölgələrə sığınıblar.

2016-cı ildən başlayan hərbi əməliyyatlar nəticəsində şəhəri iki yerə bölən Dəclə çayının şərqindəki məhəllələr 2017-ci ilin yanvar ayında terrorçulardan təmizlənmişdi.

Şəhərin Qərb hissəsinin İŞİD-dən təmizlənməsi üçün isə fevral ayından İraq ordusu hərbi əməliyyatlar keçirir./olke.az
 
İcmal.Az

RƏYLƏR