İdmançımız ötən gün Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda dəfn olunub.
Dəfn mərasimində mərhumun yaxınları, dostları, idman ictimaiyyətinin nümayəndələri iştirak edib.
Xatırladaq ki, X.Əliyev avqustun 25-də Livanın Beyrut şəhərində avtomobil qəzası nəticəsində dünyasını dəyişib. Onun nəşinin ölkəyə gətirilməsində problem yaranıb. İdmançımızın nəşinin ölkəyə gətirilməsində külli miqdarda vəsait tələb edilib. Yaranan problem millət vəkilləri Adil Əliyev və Qənirə Paşayeva, həmçinin Xarici İşlər Nazirliyinin müdaxiləsi ilə aradan qaldırılıb. /big
İcmal.Az