Onun ölüm xəbəri İbrahimə çox pis təsir etdi - foto

OXUNUB: 1091 ŞOU-BİZNES
Türkiyəli şair Ali Tekintürenin ölüm xəbəri müğənni İbrahim Tatlısesə çox pis təsir edib.

 İbrahim musiqiçi ilə birgə çəkildiyi fotosunu sosial media hesabında yerləşdirərək bunları yazıb:   

"Ali Tekintüreni itirdiyim üçün çox kədərlənirəm. Allah rəhmət eləsin. O olmasa da, mahnıları həmişə bizimlə yaşayacaq. Başımız sağ olsun, yerin cənnət olsun”.

Qeyd edək ki, "Hangimiz sevmedik”, "Tanrım beni baştan yarat”, "Dilek taşı”, "Sürünüyorum”, "Baharı bekleyen kumrular gibi” kimi mahnılarının söz yazarı Ali Tekintüre uzun müddət idi ki, xərçənglə mübarizə aparırdı. 67 yaşlı sənətçi bu səhər müalicə aldığı xəstəxanada dünyasını dəyişib. /axşam



İcmal.Az

RƏYLƏR