Bu gün Pakistanın Bəlucistan əyalətindəki Kvetta şəhərində silahlılar kilsəyə hücum edib, ən azı 5 nəfər ölüb.
Bu barədə "Dawn" qəzeti Bəlucistan daxili işlər naziri Sarfaraza Buttiyə istinadən məlumat yayıb.
Kilsəyə 4 silahlı hücum edib. Bir terrorçu-kamikadze üzərindəki partlayıcı qurğunu kilsənin içərisində işə salıb. Təhlükəsizlik qüvvələri digər terrorçu-kamikadzeni kilsənin qapısı yaxınlığında məhv edib. Digər iki silahlı qaçıb. Terrorçuların axtarışları davam edir. /apa
İcmal.Az