Paşinyan Qarabağ separatçılarının lideri ilə görüşdü

OXUNUB: 517 DÜNYA

Qarabağ separatçılarının lideri Boko Saakyan Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz əlaməti olaraq keçirilən aksiyaların lideri Nikol Paşinyanla görüş zamanı bəyan edib ki, mübahisəli məsələlərin dialoq vasitəsilə həlli vacibdir. 

İcmal.Az bununla bağlı "RİA Novosti” agentliyinə istinadla xəbər verir. 

"Boko Saakyan etirazçıların lideri Nikol Paşinyanla görüşüb. Görüş zamanı Ermənistanda daxili siyasi vəziyyət müzakirə edilib.

Saakyan qeyd edib ki, mübahisəli məsələlər qanun çərçivəsində və dialoq yolu ilə, eləcə də, ölkədə stabilliyi qorumaqla həll olunmalıdır”, - məlumatda bildirilib.

İcmal.Az

RƏYLƏR