Rusiya prezidenti Vladimir Putin Türkiyəyə yeni səfir təyin edib.
İcmal.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, yeni səfir Aleksey Yerxovun namizədliyini hələ mayda Dövlət Dumasının xarici işlər departamenti dəstəkləmişdi.
Yerxov bundan əvvəl XİN-də çalışıb, ona qədər isə İstanbulda baş konsul olub.
Xatırladaq ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov ötən ilin dekabrın 19-da sərginin açılışında polis əməkdaşı tərəfindən öldürülmüşdü.
İcmal.Az