“Qarabağ”ın futbolçusu azərbaycanlı teleaparıcıya qarşı jest etdi – FOTO

OXUNUB: 975 ŞOU-BİZNES

"Qarabağ” futbol klubunun və futbol üzrə milli komandamızın gənc futbolçusu Mahir Mədətov "CBC Sport” telekanalının aparıcısı Nərmin Cana gül buketi göndərib.

İcmal.Az xəbər verir ki, Ölkə.Az-a bu barədə məlumat verən şəxs qeyd edir ki, ulduzu parlayan futbolçumuz cazibədar aparıcıya jest edərək telekanala Nərmin Cana çatdırılması üçün gül buketi göndərib. 

Nərmin Can isə öz növbəsində gül buketini qəbul edib. Gənc futbolçumuzun cazibədar teleaparıcıya qarşı sevgi hissi bəslədiyi deyilir. 

Qeyd edək ki, Mahir Mədətov UEFA Çempionlar Liqasının "play-off" mərhələsinin ilk oyununda Danimarkanın "Kophenagen” komandasının qapısına vurduğu qoldan sonra yenidən diqqət mərkəzinə düşüb.

 

İcmal.Az

RƏYLƏR