Yeni il gecəsi İstanbulda "Reina” gecə klubuna hücum edərək, 39 nəfəri öldürən İŞİD terrorçusu Abdulkadir Maşaripova istənilən cəza açıqlanıb.
Bu, 2 min 370 il həbs deməkdir. Terrorçunun həyat yoldaşı Zarina Nurullayevaya da 1 540 ildən 2 min 370 ilə qədər həbs cəzası istənilib. Digər 52 şübhəlinin hər birinə isə 15 ilə qədər həbs cəzası tələb olunub.
Cinayət işi İstanbul Ağır Cinayətlər Məhkəməsinə göndərilib.//publika
İcmal.Az