Sablya üzrə milli komandamızın lideri Anna Başta Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən "Satellite” seriyalı beynəlxalq turnirdə qızıl medal qazanıb. Qrup mərhələsini 5 qələbə ilə başa vuran Anna 1/8 finalda tunisli Ben Çaabane Amiraya 15:4 hesabı ilə qalib gəlib. Başta 1/4-də Özbəkistan idmançısı Paola Pliegonu 15:5 hesabı ilə məğlub edib. Yarımfinalda Türkiyə təmsilçisi İrina Şçukla üzərində 15:10 hesablı qalibiyyət əldə edən Anna finalda Teodara Kaxianini (Gürcüstan) 15:12 hesabı ilə üstələyib. Digər sablyaçılamızdan Səbinə Kərimova, Sevil Bünyatova və Valeriya Bolşakova qrup mərhələsini asanlıqla adlayıb. Sevil qrupda 5, Səbinə və Valeriya isə 4 qələbə qazanıb. Valeriya Bolşakova 1/8 finalda Teodara Kaxianiyə 12:15 hesabı ilə uduzub. Səbinə Kərimova isə bu mərhələdə türkiyəli sablyaçı Kose Fatma Zəhraya 11:15 hesabı ilə məğlub olub. Sevilya Bünyatova 1/8-də Paola Pliego ilə görüşü 9:15 hesabı ilə geridə bitirib. Qrup mərhələsini 1 qələbə ilə başa vuran Aysel Əhədova isə mübarizəni erkən dayandırıb. Kişi sablyaçıların şəxsi yarışında qrup mərhələsini 3 qələbə ilə bitirən Cavanşir Ağakişiyev 1/16 finalda Səudiyyə Ərəbistanı təmsilçisi Əli Əlhüseynə 6:15 hesabı ilə məğlub olub.
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
Azərbaycan avarçəkəni olimpiadaya lisenziya qazandı
29.04.2024, 13:10 / Özəl, İDMAN -
Futbolun "Laçın" vaxtları başlayır
03.04.2024, 11:30 / Özəl, İDMAN -
"Dünən şahidi olduq ki, idman nə qədər böyük siyasətdir" - Deputat
23.02.2024, 14:49 / İDMAN, SOSİAL -
Azərbaycanlı ABŞ-də şahmat məktəbi açdı, turnir keçirdi - FOTOLAR
13.02.2024, 17:28 / İDMAN, SOSİAL -
İdmançını döyən Ruslanla bağlı yeni FAKT - "Avropa" otelində niyə bıçaqlanıbmış? - VİDEO
03.02.2024, 13:44 / İDMAN -
Azərbaycanda daha bir stadionun projektorları sıradan çıxdı - FOTO
09.01.2024, 11:33 / HADİSƏ, İDMAN -
FHN-in İdman-sağlamlıq klubunda dünya çempionu ilə görüş olub
20.12.2023, 14:03 / İDMAN, SOSİAL
Xəbər lenti
KÖŞƏ
ƏN ÇOX OXUNANLAR
-
Özəl, İQTİSADİYYAT Gilas və badam bağları, kələm əkinləri üzrə fermerlərə aqrar sığorta ödənişi edilib
-
Özəl, HADİSƏ “Stimul hospital”ın (İstanbul NS) cinayəti sübut olundu: BAHAR QASIMOVA 30 DƏQİQƏYƏ QƏTLƏ YETİRİLİB
-
GÜNDƏM, SİYASƏT “Yəqin botoksunun yenilənmək vaxtıdır...” — Deputatdan Əli Kərimliyə sərt sözlər!