Seymur Orucovdan sosial şəbəkələrdə baş verənlərə sərt təpki: "Bu insanların psixoloji problemləri var"

OXUNUB: 699 Özəl SİYASƏT

Son zamanlar Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı xaricdə mənbəyi bəlli olmayan təşkilatlardan maliyyə alan bəzi "sapı özümüzdən olan baltalar" virtual aləmdə ölkə əhalisinin gözləntilərinə uyğun olmayan qeyri-etik davranışları ilə dəyərlərimizə hörmətsizlik nümayiş etdirirlər. Hazırda etik davranış qaydalarına və prinsiplərin əməl etməyənlərə qarşı hansı tədbirlər görülür?

Məsələ ilə bağlı BNEWS.az -a açıqlama verən Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, bu ədəbsizlikdir: "Bunu həyata keçirən, bu prosesi təşkil edən, bunları hər zaman sosial mediada istifadə mədəniyyətlərinə çevirən, özlərini müxalifətçi adlandıran, yaxuda xaricdə yaşayıb Azərbaycanı istəməyən, müəyyən quruplara xidmət edən, onlardan qrant alan insanların əli ilə baş verən proseslərdir. Bunlar hər zaman belə olublar. Onlar sosial şəbəkələrdə Yeni Azərbaycan Partiyasınını gənclərinin ünvanına, istər "Meydan tv”-də, istər "Azadlıq” radiosuda, istərsə də "Azadlıq” qəzetində ədalətsiz,qeyri-etik statuslar yazırlar. Bu nə insanlığa, nə də vətəndaşlığa yaraşanhaldır. Əfsuslar olsun ki, onlar Azərbaycanda doğulublar. Onlar istər ölkə başçısına qarşı, istərsə də digərlərinə qarşı beldən aşağı təhqiramiz ifadələr işlədirlər. Bu çox üzücü bir haldır. Onlar bununla öz səviyələrini ortaya qoyurlar”.

Seymur Orucovun sözlərinə görə, insan nədənsə narazı ola bilər, insan müxalif fikrli ola bilər: "Amma bu qədər şəxsiyyətsiz, bu qədər etik normalara sığmayan ifadələr işlətmək olmaz, bunlara azərbaycanlı deməyəadamın dili gəlmir. Bu insanların psixoloji problemləri var. Gələcəkdə virtual aləmdə bu cür şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində müəyyən işlər görüləcək”.

Anar CƏFƏROV

BNEWS.az

RƏYLƏR