Naməlum şəxslər binaya hücum edərək, içəri daxil olmağa çalışıblar. Mühafizəçilər onların bu cəhdinin qarşısını alarkən tərəflər arasında atışma olub. Atışma nəticəsində 2 nəfər ölüb.
Öldürülənlərdən biri əsgər (Məhəmmədhüseyn Rəstgar), digəri isə "Bəsic” təşkilatının adı mediaya açıqlanmayan üzvüdür.
Cinayətkarların hadisə yerindən qaça bildiyi vurğulansa da, onların kimliyi və hansı təşkilatın üzvləri olduğu mediaya açıqlanmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır./Regionxəbər
İcmal.Az