SON DƏQİQƏ! İranda terror hücumu: ÖLƏNLƏR VAR

OXUNUB: 776 DÜNYA
 İranın Sistan-Bəlucistan əyalətinin Sərbaz şəhərində naməlum silahlı şəxslər keçmiş icra nümayəndəliyinin binasına hücum ediblər.

Naməlum şəxslər binaya hücum edərək, içəri daxil olmağa çalışıblar. Mühafizəçilər onların bu cəhdinin qarşısını alarkən tərəflər arasında atışma olub. Atışma nəticəsində 2 nəfər ölüb.

Öldürülənlərdən biri əsgər (Məhəmmədhüseyn Rəstgar), digəri isə "Bəsic” təşkilatının adı mediaya açıqlanmayan üzvüdür.

Cinayətkarların hadisə yerindən qaça bildiyi vurğulansa da, onların kimliyi və hansı təşkilatın üzvləri olduğu mediaya açıqlanmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır./Regionxəbər
 
 
İcmal.Az

RƏYLƏR