Los-Anceles Prokurorluğu Amerika aktyoru Silvestr Stallonenin təcavüzü işinə baxır.
Bu barədə "Hollywood Reporter" məlumat yayıb.
Ədliyyə idarəsinin rəsmisi Qreq Rislinq bildirib ki, Santa-Moniko şəhərinin polisi Stallonenin işini çərşənbə günü prokurorluğa göndərib.
Ötən ilin dekabrında TMZ nəşri hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verib ki, Hollivud aktyoru Silvestr Stalloneni 30 il əvvəlki zorakılıqda ittiham edən qadın Santa-Moniko şəhərinin polisinə şikayət ərizəsi ilə müraciət edib.
Bildirilirdi ki, polis təhqiqat aparır və sonra işdə cinayət tərkibi üçün sübutların olub-olmadığını müəyyən etmək məqsədilə işi prokurorluğa göndərəcək.
Stallone təcavüzlə bağlı ittihamı rədd edib. /report
İcmal.Az