Suriya ordusunun hava hücumundan müdafiə gücləri Dəməşqin cənubi-qərbində yerləşən El-Kisva şəhərətrafının səmasında İsrailin pilotsuz təyyarəsini vurub.
İcmal.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda "Al-Masdar” xəbərlər portalı bildirib.
Portalın informasiyasına görə, pilotsuz təyyarə kəşfiyyat uçuşu həyata keçirirdi. Uçuş aparatı Livan sərhədinin 17 kilometrliyində düşüb.
İcmal.Az