Tramp “böyük görüş”dən imtinaya hazırdır

OXUNUB: 561 DÜNYA

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla görüşdən imtina etməyə hazırdır. 

İcmal.Az xəbər verir ki, bu sözləri "Fox News” telekanalına müsahibə verən vitse-prezident Mayk Pens deyib. 

"Kim Çen In Trampla oynaya biləcəyini fikirləşməklə böyük səhv edir”, - o deyib. 

Vaşinqtonun Pxenyanla sammiti ləğv edəcəyi ilə bağlı suala Pens belə cavab verib:

"Bu, sual deyil”. 

ABŞ-KXDR sammiti iyunun 12-də Sinqapurda keçiriləcək. Mayın 16-da Pxenyan qeyd edib ki, sammitdə iştirak məsələsinə yenidən baxa bilər. 

İcmal.Az

RƏYLƏR