Uşaqlarını öldürən ana məhkəmədə ifadə verib.
İcmal.Az goldnews.az-a istinadən xəbər verir ki, İstanbul Bağcılarda 9 ay əvvəl biri 5 aylıq, digəri 5 yaşı olan övladlarını boğaraq öldürdüyü iddia edilən 26 yaşlı Xədicə Tiryaki ikinci dəfə hakim qarşısına çıxarılıb.
Uşaqlarını öldürən qadının sözləri məhkəmə salonunu sükuta qərq edib. Çıxış edən Xədicə bunları deyib:
"Tez-tez balalarımı yuxuda görürəm. Onların ağız və burunlarından qan gəlir. "Ana, bizi niyə öldürmüsən, niyə bunu bizə etdin?",- deyirlər. Qəbirdə görürəm onları. "Ana, nəfəs almırıq, bizi buradan çıxar", - deyirlər. Yaşlı bir adam da görürəm. Özümü öldürməyimi istəyir. Artıq sən ölməlisən deyir".
Xəstəxanada müalicə olunduğunu söyləyən cinayətkar "Dərmanlarla məni yaxşılaşdırmağa çalışırlar. Hələ sağalmamışam",- deyə danışıb.
İcmal.Az