Vayına oturan "Valday" nidası ! Aşqabaddan da sillə sədası ! - Anar Rəhimov

OXUNUB: 826 Özəl SİYASƏT

MDB dövlət başçıları şurasının məhdud tərkibdə görüşündə əsl xislətini saqqal altında gizlətməyə çalışan da iştirak edirdi. Prezidentimizin Soçidəki çıxışından sonra ya necəsə cürət tapdı, ya da nəyləsə yadda qalmaq istədi. Ölkə başçımızın bu çıxışdan sonra peşman olmuşa oxşayırdı: "Biz dövlət başçıları faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə dəfələrlə çıxış etmişik. Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub". Ermənilərə Hitler tərzi daha yaxındır deyə atalar sözü yadıma düşdü - "Görənin gözün töküncə, götürənin əlin kəs". Həmvətənlərimizə qıyan əlləri "beynəlxalq ədalət" kəsmir deyə, elə dünya tribunalarında erməni başbilənlərinin nəfəsin kəsmək lazımdır. Prezident İlham Əliyevin haqlı, qətiyyətli bəyanatları qaniçən düşərgəsini, Ermənistanı təşvişə salıb.

 

Ermənilər həmişə bizə belə həsədlə baxıb. Axı onlar niyə anlamır ki, "Sabun qara paltarı ağartmaz". Daşnak vəhşiliklərini, işğalçılıqlarını bəzi dövlətlərin yardım əli ilə gizlədə bilməyəcəklər. Uzun illərdir işğalda saxladıqları Qarabağı qaytarmamaq, müstəqil etmək, yaxud Ermənistana birləşdirmək cəhdləri "ac toyuğun yuxuda darı görməyinə" oxşayır. Sanki bütün dünyaya rəzil olmalıydı ki, konfliktin həlli ilə bağlı təkbətək müzakirə masasına otursun! Azərbaycan hökumətinin heç son illər demirəm, son bir aydakı siyasəti deyəsən Paşinyangilin gözün açır, əl-ayağın bağlayır və çıxış yolu saxlamır. "Öküzü buynuzundan, adamı sözündən tutarlar". Qulaqlanmaq istəməyən işğalçılar deyilən sözlərə, irəli sürülən çözüm yollarına isti yanaşmalıdılar ki, savaşın hisində boğulmasınlar, alovunda külə dönməsinlər. Yeni ilə geydirmə xəritələri yenilənsin, uydurma qlobuslarındakı qondarmalar silinsin.

RƏYLƏR