Vitse-spikerdən iradlara cavab: Bu qanunu mən icad etməmişəm – YENİLƏNİB

OXUNUB: 101

Milli Məclis sədrinin müavini Valeh Ələsgərov "Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsinin Konstitusiyaya zidd olması ilə bağlı deputatlar tərəfindən səsləndirilən iradlara cavab verib. 

İcmal.Az-ın məlumatına görə, V. Ələsgərov qeyd edib ki, bu qanun qəbul olunandan sonra başqa qanunlarla uyğunlaşdırılmalıdır:

"İşçi Qrupunun üzvlərini və ekspertləri komitəmizdə aparılan müzakirələrdən sonra Ələtə apardım. İki gün orada olduq və hamısının fikirləri tanışlıqdan sonra tamamilə dəyişdi. Ən qabaqcıl təcrübəni masanın üstünə qoymuşuq. 

Bunu mən, Valeh Ələsgərov icad etməmişəm. Qanunun beynəlxalq təcrübəyə uyğun olduğunu da görəndən sonra sizə əminliklə onu təqdim etdim. Kim desə ki, Ələt öz-özünə cəlbedicidir, bu, yanlışdır. Ələti cəlbedici etmək üçün belə qanunvericilik lazım idi”.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli də sözügedən məsələyə münasibət bildirib. 

Onun sözlərinə görə, sənəddə Konstitusiya ilə ziddiyyət təşkil edən heç bir məqam yoxdur:

"Əslində, bu sənəddə bəzi məsələlərin mövcud qanun və qaydalardakı məqamlardan üstün olması lazımdır. Çünki söhbət azad iqtisadi zonalardan gedir.

Bu zonların yaradılması bir çox üstünlükləri tələb edir və xarici investorlar da məhz iş görərkən bu məqamlara söykənirlər. Ona görə də burada Konstitusiya ilə ziddiyyətlərin olmasından söhbət gedə bilməz və bunlara əsas yoxdur”.

Qeyd edək ki, qanun lahiyəsi birinci oxunuşda konseptual şəkildə səsə qoyularaq qəbul edilib.

14:38

Biz komitə iclasında da qanun layihəsində əksini tapan və Konstitusiya ilə ziddiyyət təşkil edən məqamlara iradlarımızı bildirdik. Ancaq Valeh müəllim, siz yenə eyni qaydada, dəyişiklik aparmadan qanun layihəsini bizə təqdim etdiniz.

İcmal.Az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev "Ələt azad iqtisadi zonası haqqında” yeni qanun layihəsinin parlamentdə müzakirəsi zamanı deyib.  

Deputat xatırladıb ki, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində qanun layihəsinin müzakirəsi zamanı sədr Valeh Ələsgərov onları "vətənpərvər” adlandırıb: 

"Özümü həqiqi vətənpərvər hesab edirəm. Buna görə də deməliyəm ki, bu qanunda Konstitusiyamıza zidd maddələr yenə əks olunub. Az qala hər şey ölkə qanunlarından daha üstün hesab olunur.

Bu məqamlar ikinci oxunuş üçün mütləq düzəldilməlidir. Azərbaycan vətəndaşlarının yerli məhkəmələrə, o cümlədən Avropa İnsan haqları Məhkəməsinə müraciət etmək hüququ var. Bu qanunda isə belə bir imkan onlara yaradılmayıb”.

İcmal.Az

RƏYLƏR

{if AIN::getLib('request')->isMobile() } {/if}