Mingəçevirdə möhtəşəm "Muğam gecəsi" keçirildi - FOTOLAR

OXUNUB: 364
7NEWS.az xəbər verir ki, bu günlərdə Mingəçevirdə yeni fəaliyyətə başlamiş "Khurside" restoranında möhtəşəm muğam gecəsi təşkil edilmişdir.

Mini konsert proqramının əsas məqsədi qonaqların zövqünü muğamın sehri ilə ofsunlamaq və milli-mənəvi dəyərlərimizi gənc nəsilə sevdirmək, orta və yaşlı nəsilin isə mənəvi-estetik ehtiyaclarını gözəlləşdirmək idi. "Musiqi ruhun qidasıdır" adlı muğam gecəsində çıxış edən şəhərin xanəndələri Zülfiyyə Hacıyeva və Səttar Rizvanoğlunu, tarzən Polad bəy, kamaça ustası Faiq bəy müşayət edirdi. Restoran səhnəsində qurulan dekorasiya və ifaçıların geyim tərzi gecənin abu-havasını tamamlayırdı. B.Vahabzadənin "Muğam" şeiri ilə açılışı elan olunan mini konsert proqramı qonaq-tamaşaçı məmnuniyyəti ilə yekunlaşdı. Az bir müddətdə fəaliyyətə başlamasına baxmayaraq "Khurside" restoranı ailəvi istirahət mərkəzi kimi yanlız Mingəçevirdən deyil, yaxın rayonlardan da sifarişlər qəbul etməkdədir. Xalqımızın və dövlətçiliyimizin özəl günlərinə (bayram və anım günləri) xüsusi diqqət yetirən restoran rəhbərliyi və işçi heyyəti muğam gecəsi ilə daha bir ilkə imza atdı.





RƏYLƏR