Ötən gün xəyanət xəbərləri ilə gündəmə gələn futbolçu Hakan Çalhanoğlu açıqlama verib.
İcmal.Az xarici KİV-ə istinadən məlumat verir ki, Hakan bu barədə sosial media hesabında paylaşım edib. Bir müddətdir ailə quran futbolçu başqa xanımla yayılan şəkilləri ilə bağlı bu sözləri yazıb:
"Hər gördüyünə və eşitdiyinə inanma. Duz belə şəkər kimi görünür”.
Qeyd edək ki, Hakanın həyat yoldaşı ilə boşanacağı deyilir.