“31 mart – Qan yaddaşımızda silinməz izlər qoyan hadisədir” – Elşən Musayev

OXUNUB: 323 Özəl GÜNDƏM SİYASƏT
"Erməni siyasətinin və erməni xislətinin əsas prioriteti qara işlər, məkrli niyyətlər və ardıcıl cinayətlərdir. Elə bu səbəbdən də "Böyük Ermənistan” dövləti qurmaq xülyası ilə yaşayan erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı tarix boyu məqsədyönlü şəkildə soyqırımı, etnik təmizləmə və deportasiya siyasəti həyata keçirilib, xalqımız ağır məhrumiyyətlərə və faciələrə məruz qalıb. Bu siyasətin ən dəhşətli təzahürü isə 1918-ci ilin mart ayından başlayaraq törədilmiş soyqırımı hadisələridir”
 
7NEWS.az xəbər verir ki, bu fikirləri millət vəkili, Maarifçilik Partiyasının sədri Elşən Musayev "31 mart- Azərbaycanlıların soyqırımı günü” haqda danışarkən söyləyib  

"Məlum soyqırımı aktı haqqında çox danışılıb, çox yazılıb. Ortalıqda faktlar, dəlillər var. Həmin soyqırım nəticəsində Bakı şəhərində, Bakı quberniyasına daxil olan şəhər və qəzalarda, həmçinin Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində on minlərlə insan qətlə yetirilib, eləcə də yaşayış məntəqələri, mədəniyyət abidələri, məscidlər, qəbiristanlıqlar dağıdılıb. Həmin soyqırım hadisəsinin üzərindən uzun illər keçib. Amma bu qanlı hadisələr unudulmayıb, xalqımızın qan yaddaşında silinməz izlər qoyub. Beynəlxalq hüquq da bunu deyir ki, insanlıq əleyhinə yönəlmiş soyqırımı cinayətləri ən ağır cinayətlər kateqoriyasına aiddir. Amma çox təəssüflər olsun ki, ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş məlum soyqırımı aktı və ümumilikdə aktları barədə yetərincə sübut və dəlillər olsa da, bəşəriyyət əleyhinə olan bu cinayətlərə beynəlxalq məhkəmələr və beynəlxalq təşkilatlar tərəfindən hələ də adekvat reaksiya verilməyib. Üstəlik, xüsusi vurğu ilə qeyd etmək lazımdır ki, ermənilərin törətdikləri cinayət əməlləri bununla bitmir. Onlar daha sonrakı zamanlarda da, ələlxüsus 1-ci və 2-ci Qarabağ müharibələri dövründə həmin cinayətləri təkrarlayıblar, azğınlıqlarını, vandallıqlarını davam etdiriblər. Beynəlxalq təşkilatlar isə yenə də susub. Halbuki həmin təşkilatlar və dünya ictimaiyyəti mülki əhaliyə qarşı törədilmiş cinayətlərin araşdırılması, eləcə də azərbaycanlılara məxsus mədəni irs nümunələrinin məhv edilməsi ilə bağlı real faktlara əsaslanan hallara münasibətdə ədalətli mövqe nümayiş etdirməli və şəffaf yanaşma sərgiləməlidirlər. Daha dəqiqi, bu onların ilk növbədə vəzifə borcudur”- deyə millət vəkili fikirlərinə davam edib. 

RƏYLƏR