ABŞ prezidenti Bayden: “Çin hücum edərsə, Tayvanı qoruyacağıq”

OXUNUB: 230 Özəl DÜNYA
CBS telekanalına danışan ABŞ prezidenti Co Bayden Çinin hücum edəcəyi təqdirdə ABŞ ordusunun Tayvanı "qoruacağını” deyib.

7NEWS.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden Tayvanı Çinin mümkün hücumundan "qoruacaqlarını” deyib. Amerikanın CBS kanalına müsahibə verən Bayden, "Yəni ABŞ ordusu Tayvanı müdafiə edəcək?" deyə soruşduqda "Bəli” cavabını verdi. "Bizim tək Çin siyasətimiz davam edir. Biz bu məsələdə başqa istiqamətə getmirik, Tayvanı müstəqilliyə təşviq etmirik. Bu, onların öz qərarıdır”, - deyə o bildirib.

7NEWS.az

RƏYLƏR